Kamilə Əliyeva YAP-ın namizədlər siyahısına SALINMADI

Kamilə Əliyeva YAP-ın namizədlər siyahısına SALINMADI

Yeni Azərbaycan Partiyası (YAP) indiyə kimi onu parlamenmtdə təmsil edən xanım deputatı yeni namizədlər siyahısına salmayıb.

TEMPİNFO-nun məlumatına görə, indiyədək 111 saylı Zaqatala – Balakən seçki dairəsini Milli Məclisdə təmsil edən Kamilə Əliyeva YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında yer almayıb.

Əvəzində həmin dairədən Vüsalə Yusif qızı Mahmudova deputatlığa namizəd göstərilib.

Qeyd edək ki, Kamilə Əliyeva dördüncü, beşinci, altıncı çağırış Milli Məclisinin deputatı olub.

YAP üzvü olan K.Əliyeva hazırda Bakı Dövlət Universitetinin Genetika və təkamül təlimi kafedrasının müdiridir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37