Karantin rejiminin müddəti uzadıldı

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb.

TEMPİNFO xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl bu müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37