Kartımı deaktiv etdilər, amma hələ də işləyir – Azərbaycan Beynəlxalq Bankından şikayət
- İQTİSADİYYATSON XƏBƏR
- 06.06.2024 12:13
“Azərbaycan Beynəlxalq Bankı”ndan şikayətçi olan vətandaş deyir ki, deaktiv etdirdiyi kart hələ də aktiv görünür.
TEMPİNFO xəbər verir ki, bu barədə maliyyə təşkilatının müştərilərindən biri olan Fuad Məmmədov bildirib.
şikayətçi F.Məmməddov bununla bağlı bank əməkdaşına müraciət etsə də, belə bir şeyin mümkün olmadığını bildiriblər:
“Hörmətli ABB, “Tam kart” kredit kartından istifadə edirdim, kartın öz vaxtı 2025-ci ilə qədər olsa da, aprel ayının 1-i kredit xəttinin vaxtı bitdi. May ayının 17-si Əcəmi filialına yaxınlaşaraq kartın özünün də deaktiv olması üçün ərizə yazdım, bankın əməkdaş kartın görünməməsi üçün deaktiv etdi və mənə kartı doğrayıb tullamağı məsləhət gördü. Bu gün bankın yeni məhsulu olan “Tam digi kartı”nı (debet) əldə etdim. E-manat vasitəsilə karta pul əlavə etmək üçün cif kodu və FİN kodu daxil etdikdə daha öncə adıma olan “Tam kart”ın hələ də aktiv olduğunu və aparatın seçim olaraq o kartı təqdim etdiyini gördüm. Zəng edərək ABB əməkdaşına bildirəndə, belə bir şeyin mümkün olmadığını dedi. İndi mənə maraqlıdır, necə olur ki, əməkdaşın deaktivdir dediyi kartı e-manat mənə aktiv kimi təqdim edir?”, – deyə şikayətçi bildirib.
“Azərbaycan Beynəlxalq Bankı”n mövqeyini işıqlandlanmağa hazırıq.
TEMPİNFO