Keçmiş nazirin oğlu öz nənəsini öldürdü – FOTO
- DÜNYASON XƏBƏR
- 24.10.2024 23:45
Türkiyənin paytaxtı Ankarada 80 yaşlı nənəsi Leyla Çetineri güllələyərək qətlə yetirən keçmiş nazirlərdən Abdüllatif Şenerin 43 yaşlı oğlu Bedirhan Şenerin 3 ildən çox olmamaq şərti ilə psixiatriya xəstəxanasında müşahidə altında saxlanılmasına qərar verilmişdi.
TEMPİNFO manşet.az-a istinadən xəbər verir ki, Güvenevler rayonunda yaşayan və psixoloji problemləri olduğu iddia edilən Bedirhan Şener iyulun 31-də nənəsi Leyla Çetineri silah ilə qətlə yetirib. Hadisə yerinə gələn polis qrupları Bedirhan Şeneri saxlayıb. Polis bölməsində mühakimə olunduqdan sonra Şener ədliyyəyə göndərilib. O, məhkəmə nəzarətinə və beynəlxalq səyahət qadağasına məruz qalıb. Əqli cəhətdən qeyri-sabit olduğu bildirilən və həbsxanada məhkəmə tibb həkimi tərəfindən müayinə edilən Bedirhan Şener avqustun 1-də Bilkent Şəhər Xəstəxanası Yüksək Təhlükəsizlik Ədli Psixiatriya Xəstəxanasına köçürülərək nəzarətə götürülüb. Bilkent Şəhər Xəstəxanası tərəfindən hazırlanan hesabata görə müşahidə müddəti sonunda Şenerin cinayət məsuliyyətinə təsir edəcək ruhi xəstəlik və ya zəifliyin olmadığı, törətdiyi iddia edilən cinayətin hüquqi mənasını və nəticələrini dərk edə bildiyi bildirilib. Daha sonra avqustun 29-da Sülh Cəza Məhkəməsinə sövq edilən Şener həbs olunaraq həbsxanaya göndərilib.
TEMPİNFO