Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib
- CƏMİYYƏTMANŞETSON XƏBƏR
- 21.05.2024 09:35
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov faciəvi helikopter qəzası nəticəsində İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması ilə bağlı həmin ölkənin daxili işlər naziri Əhməd Vahidiyə başsağlığı məktubu göndərib.
TEMPİNFO xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidməti məlumat yayıb.
K.Heydərov Ə.Vahidiyə belə ağır məqamda kədərlərini bölüşdüyünü bildirib, dərin hüznlə başsağlığını çatdırıb.