Kəmaləddin Heydərov onu işdən çıxardı

Kəmaləddin Heydərov onu işdən çıxardı

Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi baş tutub.

TEMPİNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, Rza Xudiyev Fövqəladə Hallar Nazirliyinin məşhur polkovniklərindən biridir və 47 il Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Onun babası və atası da məşhur yanğınsöndürənlərdən olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37