Kenan Işık vəfat edib

Kenan Işık vəfat edib

Beyninə qan sızması nəticəsində 10 il əvvəl komaya düşən türkiyəli aktyor Kenan Işık vəfat edib.

TEMPİNFO xəbər verir ki, 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, K.Işık 2014-cü ildə idman etdikdən sonra saunaya girib müvazinətini itirərək yıxılıb və başı yerə çırpılıb. Nəticədə onun beyninə qan sızıb.

O, çox sayda film və seriallarda rol alıb, həmçinin “Kim Milyoner Olmak İster” yarışmasının aparıcı olub.

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37