Kərəm Mustafayevin adı MN-in saytından silinib?
- HƏRBİ XƏBƏRLƏRMANŞETSON XƏBƏR
- 11.07.2024 09:45
Xəbər verdiyimiz kimi, müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun məlumatına görə, artıq onun adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb.
Hazırda sözügedən saytda onun tutduğu vəzifə – müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı haqda məlumat tapmaq mümkün deyil.
Xatırladaq ki, məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.