“Kontakt home” və “Changan”nın rəsmi distribütoru arasında çəkişmə davam edir
- MANŞETÖLKƏSON XƏBƏR
- 20.06.2024 09:07
“ABC-Telecom” MMC və “Azərbaycan Avtomobil Evi” MMC arasında məhkəmə çəkişməsi davam edir.
TEMPİNFO-nun xəbərinə görə, “ABC-Telecom” Azərbaycan Avtomobil Evi” ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
İşin mahiyyəti ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyət üzrə mübahisələrdir.
İddiaya hakim Vüsalə Baxışovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “ABC-Telecom” “Kontakt Home” əmtəə nişanının sahibi, “Azərbaycan Avtomobil Evi” isə “Changan” avtomobillərinin Azərbaycanda rəsmi distribütorudur.