Kredit faizləri endirilə bilər? – VİDEO
- İQTİSADİYYATMANŞETSON XƏBƏR
- 07.08.2024 11:22
Bu ilin ikinci yarısında Mərkəzi Bank tərəfindən uçot dərəcəsi sabit saxlanılıb. Mərkəzi Bank uçot dərəcəsini dəyişdirən zaman ən çox verilən sual bu qərarın kredit faizlərinə necə təsir etməsi ilə bağlıdır. Yəni, uçot dərəcəsinin endirilməsi kredit faizlərini də azaldacaqmı?
İqdisadçı- ekspert Eldəniz Əmirov deyib ki, uçot dərəcəsinin sabit saxlanılması kredit faizlərinin azalmasına təsir edə bilməz. Çünki bu təsirlərin müşahidə olunması üçün müddət lazımdır.
Eldəniz Əmirov qeyd edib ki, hazırda Azərbaycanda kredit şərtlərini formalaşdıran əsas faktorlardan biri depozit şərtləridir.
Azərbaycan Banklar Assosiasiyasından “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirilib ki, uçot dərəcəsinin Mərkəzi Bank tərəfindən yüksəldilməsi və yaxud azaldılması inflasiyanın tənzimləmə alətlərindən biridir. Uçot dərəcəsinin yüksəlməsi müəyyən dərəcədə kredit faizlərinə təsir edən amildir. Hazırda isə kredit faizləri sabit olaraq qalır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
TEMPİNFO