Küçədə xanımların şəkillərini çəkib “TikTok”da paylaşan şəxs həbs olundu

Küçədə xanımların şəkillərini çəkib “TikTok”da paylaşan şəxs həbs olundu

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

TEMPİNFO xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu “TikTok” sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37