Kürdəmirdə qadın sərnişini döyən sürücü saxlanıldı

Kürdəmirdə qadın sərnişini döyən sürücü saxlanıldı

Kürdəmirdə 69 yaşlı qadını döyərək üzərindəki pulunu alan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Kürdəmirdə sürücü 69 yaşlı qadını döyərək üzərindəki pulunu alıb.

APA xəbər verir ki, hadisə Karrar kəndi ərazisində qeydə alınıb.

Naməlum şəxs idarə etdiyi avtomobillə Sığırlı kəndi ərazisindən Kürdəmir şəhərinə aparmaq üçün sərnişin qismində götürdüyü 1955-ci il təvəllüdlü Tubu Musa qızı Kərimovanı döyüb hədələyərək üzərində olan 50 manat pulu alıb və ona qarşı digər qanunsuz hərəkətlər edib.

Faktla bağlı araşdırma aparılır.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37