Laçında TƏXRİBAT: ermənilər kəşfiyyat aparmağa çalışdı
- HƏRBİ XƏBƏRLƏRMANŞETSON XƏBƏR
- 29.07.2024 08:50
İyulun 28-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
TEMPİNFO xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”, – hərbi qurumun məlumatında qeyd olunub.
TEMPİNFO