Lamiyə Vəliyeva 4-cü dəfə dünya çempionu olub
- İDMANSON XƏBƏR
- 25.05.2024 14:44
Azərbaycan millisinin paraatleti Lamiyə Vəliyeva dünya çempionu olub.
TEMPİNFO xəbər verir ki, təmsilçimiz Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında fərqlənib.
T13 kateqoriyasında çıxış edən Vəliyeva 400 metr məsafəyə qaçışda bütün rəqiblərini arxada qoyub. O, finişə 55,03 saniyəyə çataraq dünya çempionu olub.
Qeyd edək ki, bu, 22 yaşlı Paralimpiya çempionumuzun ümumilikdə dünya çempionatlarında dördüncü qızıl medalıdır. Lamiyə Kobedəki yarışın ilk günündə 100 metr məsafədə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lamiyə ötən il Parisdə təşkil edilən dünya çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.