Lazer epilyasiyasının bilmədiyiniz zərərləri – Həkimdən XƏBƏRDARLIQ

Lazer epilyasiyasının bilmədiyiniz zərərləri – Həkimdən XƏBƏRDARLIQ

“Ağır metallar deyəndə kadmium, civə, qurğuşun, arsen, aluminium nəzərdə tutulur. Bu metallar təbiətdə, suda, torpaqda, neftdə, bəzi qidalarda, kimyəvi vasitələrdə, boyalarda və s. məhsulların tərkibində olur. Ağır metallar insan orqanizmində də var”.

TEMPİNFO xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, bu metallar bədəndə çoxalanda lazım olan mineralların yerini tutur və onların çatışmazlığı yaranır:

“Məsələn, sink, selen, kalsium, silisium və s. Bundan əlavə, ağır metalların çoxalması orqanizmdə biokimyəvi proseslər pozur, beyin, böyrək, qaraciyər funksiyaları pisləşir, immun sistemi, reprodiktiv sistem, endokrin sistem zədələnir, autoimmun, degenerativ xəstəliklər inkişaf edir və günümüzün əsas problemi olan autizmə səbəb olur.

Normalda bədəndəki bütün minerallar, o cümlədən ağır metallar dırnaqlar və saçların tərkibinə keçir. Saç analizi ilə bədəndə mineral və ağır metal yükü haqda fikir söyləməyə imkan verən testlər var. Bu testlər ölkəmizdə yoxdur.

Təkcə saçlar deyil, bütün bədəndə olan tüklərlə ağır metallar çıxa bilir. Yəni saçlar və ya bədəndəki tüklər sadəcə analiz üçün deyil, həm də ağır metalların bədəndən kənarlaşması üçün işə yarayır”.

Mütəxəssis lazer epilyasiyasının zərərlərindən də söz açıb:

“Lazer epilyasiya zamanı tük follikulları yanır, daha tük çıxmır və bədəndə ağır metal yüklənməsi gedir. Həm kənardan qəbulu artıq olur, həm də çıxmağa yer qalmır. Bunu hər kəs öz sağlamlığı üçün nəzərə ala bilər”.

Pediatr yeniyetmələrə və ana olmağa hazırlaşan şəxslərə də müraciət edib:

“Yeniyetmə yaşından lazer epilyasiyaya müraciət etməyin, hələ övlad sahib olmamısınızsa, nəzərə alın.

Gənc xanımlar həm kosmetik vasitələrlə ( qaş çəkimi üçün istifadə edilən tatu boyalarında da ağır metallar var) özünü yükləyir, həm də epilyasiyaya çoxdan müraciət etmiş olurlar. Nəticədə hamiləlik zamanı dölün beyin toxuması ağır metallarla yüklənir və zədələnir”, – deyə o əlavə edib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37