Lukaşenko yenə prezidentliyə namizəd olacaq

Lukaşenko yenə prezidentliyə namizəd olacaq

Belarus prezidenti Aleksandr Lukaşenko 2025-ci ildə ölkədə keçiriləcək növbəri prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.

TEMPİNFO xəbər verir ki, Lukaşenko bu barədə Olqa Skabeevaya müsahibəsində deyib.

“Bəli, Olya, mən prezident seçkilərinə gedəcəyəm”, – o, jurnalistin sualını cavablandırarkən vurğulayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Belarus hakimiyyəti seçki tarixini – 26 yanvar 2025-ci il tarixini təsdiqləyib.

Lukaşenko 1994-cü ildən Belarus prezidenti vəzifəsində çalışır. İndi o, ardıcıl altıncı dəfə namizəıdliyini irəli sürəcək.

2020-ci ildəki Konstitusiya dəyişikliklərinin qəbulundan sonra Lukaşenko prezident vəzifəsini bir daha tutmayacağına söz vermişdi.

Sonuncu prezident seçkiləri 2020-ci il avqustun 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko 80,1%, onun əsas rəqibi, müxalifətin namizədi Svetlana Tixanovskaya isə 10,1% səs toplayıb. Tixanovskayanın qərargahı səsvermənin nəticələrini tanımayıb və irimiqyaslı saxtakarlıqlara işarə edib. Bu, ölkədə etirazlara və müxalifət arasında kütləvi həbslərə səbəb olub. Tixanovskaya ölkədən qaçıb, ona qarşı ekstremist birləşmə yaratmaq ittihamı ilə cinayət işi açılıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37