Lunyovun “Qarabağ”da aldığı maaş açıqlandı

Lunyovun “Qarabağ”da aldığı maaş açıqlandı

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Ağdam klubunda ilinə 200 min avro əmək haqqı alır.

Futbolpress.az xəbər verir ki, bu barədə qapıçının keçmiş agenti Anton Smirnov “RB Sport”a açıqlamasında deyib.

Lunyov mövsümün əvvəlində “Qarabağ”a keçib. Onun komanda ilə müqaviləsi iyunun sonuna qədərdir.

Rusiyalı qapıçı bu mövsüm 32 oyunda 40 qol vuraxıb, 10 matçda isə qapısını toxunulmaz saxlayıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37