“Mən də sənətkar olacam”
- MAQAZİN
- 14.05.2024 15:29
Müğənni Roza Zərgərli Xalq artisti Səkinə İsmayılovaya görə övladlığa götürdüyü oğlu, aktyor Corc Qafarovu döydüyünü açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Gündən-günə” verilişində danışıb.
O deyib ki, oğlu xanəndəni tanımayıb:
“Səkinə xanım çox sanballı, gözəl qadındır. Bizim qapı qonşumuzdur. Bir dəfə onu maşınla yolüstü götürdüm getdik. Yoldan da övladlarımı – qızım Bənövşə ilə oğlum Corcu götürdüm. Bənövşə arxada, Corc da öndə əyləşdi. Biz söhbət edirdik. Birdən Corc qayıtdı ki. Salam, xanım, siz nə işlə məşğulsunuz? Mən söhbəti dəyişmək istədim, Səkinə xanım əli ilə susdurdu ki, maşınını sür. Soruşdu ki, məni tanımadın, Corc da cavab verdi ki, yox. Bənövşə də arxadan onu susdurmağa çalışırdı. Mən də söylədim ki, birinci növbədə qonşumuzdur.
Bənövşə də dedi ki, anam biz tamaşalara aparırdı, orada opera ifa edirdi. Corc da dedi ki, ay ana, tanımamaq ayıb deyil ki, soruşdum tanıdım. Səkinə xanım oğlumun adını öyrəndi. Dedi ki, ay qız, uşağa Corc adını qoyanda bilmədin ki, Hollivuddakıları tanıyacaq bizi yox. Mən də Corcu danladım hətta döyməyə qədər gəlib çıxdım. Dedim, bala, tanımırsan, heç olmasa danışma. Bir sənətçinin ailəsində böyüyən uşaq sənətkarı tanımırsa, mən başqasından nə tələb edə bilərəm? Zaman gələcək sənətkar adına layiq olacam, hansısa gəncin tanımamağı mənim günahımdır”.