“Makkabi”nin Bakıdakı məşqi ləğv olunub – SƏBƏB

“Makkabi”nin Bakıdakı məşqi ləğv olunub – SƏBƏB

Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”la keçiriləcək cavab qarşılaşması öncəsi “Makkabi”nin Bakıdakı məşqi ləğv olunub.

TEMPİNFO xəbər verir ki, buna səbəb komandanın Bakıya gecikməsidir.

Klubun mətbuat xidməti Hayfa təmsilçisinin ölkəmizə uçuşunun 3 saat gecikəyəcəyini açıqlayıb.

Qeyd edək ki, “Sabah” ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması sabah saat 20:00-da start götürəcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37