Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı – FOTO
- CƏMİYYƏTSON XƏBƏR
- 11.10.2024 20:00
Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsindən ayrılıb.
TEMPİNFO APA-ya istinadən bildirir ki, sözügedən şöbənin müdiri Vüqar Məcidli işdən çıxıb.
Nazirlikdən məlumatı təsdiqləyiblər və bildirilib ki, hələlik bu vəzifəyə yeni təyinat olmayıb.
Qeyd edək ki, V. Məcidli 2015-ci ildən nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsində çalışıb.
TEMPİNFO