Manat lirə qarşısında rekorda imza atdı – Naxçıvanlılar Iğdıra axın etdi

Manat lirə qarşısında rekorda imza atdı – Naxçıvanlılar Iğdıra axın etdi

Son illər türk lirəsinin ucuzlaşması Azərbaycan valyutasını Türkiyənin milli valyutası ilə müqayisədə daha dəyərli edib.

Manat son dalğalanma ilə Lirə qarşısında rekord qıraraq 19,38 kuruşa yüksəlib. Bu, Türkiyədən alış-verişi Azərbaycan vətəndaşları üçün cəlbedici edib.

Valyuta bahalaşdıqca Azərbaycan vətəndaşları kütləvi şəkildə İğdıra gələrək yemək, içki və geyim alış-verişlərini artırıblar.

Naxçıvan Muxtar Respublikasında və Azərbaycanda alış-veriş etməyənlər İğdıra gəlir, ucuz alış-veriş edib öz ölkələrinə qayıdırlar.(Baku.ws)

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37