“Manatlıq taksilər bahalaşdı, 135 və 119-a minmək olmur”

“Manatlıq taksilər bahalaşdı, 135 və 119-a minmək olmur”

Xırdalandan “20 Yanvar”a və əksinə gələn “manatlıq taksilər”in əksəriyyəti bu gündən 2 manatdan aşağı aparmayacaqlarını bildiriblər. Şəhərə və evə getmək üçün insanlar məcbur şəkildə 2 manat ödəməli olurlar. Avtobus 135 və 119-a minmək qeyri mümkündür.  Başqa xətt də yoxdur. Çünki “XaliqFaiqoğlu” şirkəti buranı ələ keçirib və başqa avtobus xətlərinə imkan vermir.

TEMPİNFO xəbər verir ki, bu sözləri tarixçi dosent Zaur Əliyev bildirib.

Onun iddiasına görə, “XaliqFaiqoğlu” şirkəti ilə bağlı müxtəlif instansiyalara ünvanlanan şikayət müraciətlərinə baxılmır: “Yoxsa yazılan məktublara baxıb burada başqa avtobus xətlərinin açılmasına şərait yaradılardı.

Qatar xətti. Evi xətdən uzaq olan insanlar ikiqat xərcə düşməli olurlar. 50 qəpik ver, gəl düş orada, bir manat ver qatara və təzdən 50 qəpik ver, gəl işə. Bir sözlə, 10 və 20 qəpik artım benzinə və dizelə oldu. Bir manat da insana”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37