“Mançester Siti” tarixində 10-cu dəfə İngiltərə çempionu oldu

“Mançester Siti” tarixində 10-cu dəfə İngiltərə çempionu oldu

İngiltərədə 2023/2024 mövsümünün qalibi Premyer Liqanın son turunda bəlli olub.

TEMPİNFO xəbər verir ki, “Mançester Siti” ardıcıl 4-cü dəfə çempion titulunu qazanıb.

Son turda “Vest Hem”i 3:1 hesabı ilə məğlub edən Xosep Qvardiolanın yetirmələri digər oyunun nəticəsindən asılı olmayaraq, çempionluğunu rəsmiləşdirib. “Mançester Siti”dən 2 xal geri qalan “Arsenal” “Everton”ı məğlub etsə də, bu, 1-ci yeri tutmaq üçün kifayət etməyib. “Şəhərlilər” 91, “topçular” 89 xal toplayıblar.

Qeyd edək ki, “Mançester Siti” tarixdə 10-cu dəfə İngiltərə çempionu olub.

İngiltərə Premyer Liqası
38-ci tur

“Arsenal” – “Everton” – 2:1
“Brentford” – “Nyukasl” – 2:4
“Brayton” – “Mançester Yunayted” – 0:2
“Bernli” – “Nottingem Forest” – 1:2
“Çelsi” – “Bornmut” – 2:1
“Kristal Pelas” – “Aston Villa” – 5:0
“Liverpul” – “Vulverhempton” – 2:0
“Luton” – “Fulhem” – 2:4
“Mançester Siti” – “Vest Hem” – 3:1
“Şeffild Yunayted” – “Tottenhem” – 0:3

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37