“Mançester Yunayted”in futbolçusu komandadan ayrılacaq

“Mançester Yunayted”in futbolçusu komandadan ayrılacaq

İngiltərənin “Mançester Yunayted” klubu Rafael Varanın komandadan ayrılacağını açıqlayıb.

“Report” “qırmızı-şeytanlar”ın rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün sonunda müqavilə müddəti başa çatan 31 yaşlı müdafiəçi ilə yeni sözləşmə imzalanmayacaq.

Qeyd edək ki, R.Varan Mançester təmsilçisinə 2021-ci ildə İspaniyanın “Real” (Madrid) klubundan keçib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37