“Mançester Yunayted”in son 35 ildəki ən pis nəticəsi

“Mançester Yunayted”in son 35 ildəki ən pis nəticəsi

“Mançester Yunayted” son 35 ildə İngiltərə Premyer Liqasında ən uğursuz startına imza atıb.

TEMPİNFO xəbər verir ki, “qırmızı şeytanlar” bu mövsüm 2 qələbə qazanıb, 2 heç-heçə edib və 3 məğlubiyyətlə üzləşib.

Erik ten Haqın komandası hazırda 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bu, “Mançester Yunayted”in  ilk 7 turda 7 xal topladığı 1989-90 mövsümündən bəri ən pis göstəricisidir.

Həmin mövsüm “Mançester Yunayted” 14-cü olub.

Bu da Ser Aleks Ferqyusonun rəhbərliyi altında komandanın ən pis nəticəsi olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37