Maşın quyuya düşdü: Jurnalist xəbərdarlıq etmişdi – FOTOLAR

Maşın quyuya düşdü: Jurnalist xəbərdarlıq etmişdi – FOTOLAR

Masazırda “Opel” markalı avtomobil açıq qoyulmuş və xəbərdaredici nişanın quraşdırılmadığı kanalizasiya quyusuna düşüb.

TEMPİNFO xəbər verir ki, sürücü hadisədən yüngül xəsarətlərlə ötüşsə də, avtomobilə ciddi ziyan dəyib.

Yaxınlıqdan keçən digər avtomobil sahibləri də mövcud vəziyyətdən şikayətləniblər. Onlar müvafiq qurumların laqeyd münasibətinin daha ağır faciələrə səbəb ola biləcəyini deyirlər. Bildirilir ki, bir neçə müddətdir açıq qalmış kanalizasiya quyusu ilə bağlı müvafiq qurumlar tədbir görməyə tələsmir.

Qeyd edək ki, jurnalist Elvin Səlimov bir neçə saat öncə sosial media hesabında paylaşım edərək müvafiq qurumlara müraciət ünvanlamışdı.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37