Məcnun Məmmədov özünə müşavir təyin edib

Məcnun Məmmədov özünə müşavir təyin edib

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

TEMPİNFO “BusinessTime”a istinadən xəbər verir ki, Fərid Nəcəfov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun kadr məsələləri üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, Fərid Nəcəfov əvvəl “Gilan Holding”də çalışıb. İstehsalat, İnşaat, Pərakəndə Satış sektorlarında İnsan Resursları üzrə təcrübəyə malikdir.

Evlidir, 2 övladı var.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37