Mədəniyyət Nazirliyi gülə 133 min xərcləyib

Mədəniyyət Nazirliyi gülə 133 min xərcləyib

“Əsaslı Tikinti və Təchizat” MMC tədbirlər üçün güllərin alışına 133 min 033 manat pul xərcləyib.

TEMPİNFO xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisə bununla bağlı “7Gül” MMC şirkəti ilə müqavilə bağlayıb.

Razılaşmaya əsasən, gül və əklillər tədbirlər, festivallar, təltiflər və digər əlamətdar günlər üçün nəzərdə tutulur.

Qeyd edək ki, “7Gül” MMC 2021 ci ilin iyun ayında dövlət qeydiyyatından keçib, qanuni təmsilçisi isə Məcid Hüseynov Nəsimi oğludur.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37