“Medianews.az” saytına haker hücumu olub
- CƏMİYYƏTSON XƏBƏR
- 10.07.2024 10:26
“Medianews.az” saytı dünəndən (9 iyul) haker hücumuna məruz qalıb. Artıq bir sutkadır ki, sayt fəaliyyətini bərpa edə bilmir.
Məsələ ilə bağlı saytın rəhbəri Ələsgər Süleymanov Musavat.com-a bildirib ki, son 2 gündə sayta giriş çətinləşmişdi:
“Dünən axşam saatlarından isə giriş tamamən mümkün olmur. Almaniyada yerləşən serverimizdən bilidiriblər ki, sayta saniyədə minlərlə müraciət var ki, bu da total hücumdan xəbər verir. Hazırda əməkdaşlarımız problemin həlli istiqamətində çalışırlar. Çalışırıq ki, problemin qarşısını mümkün qədər tez alaq”.
Ələsgər Süleymanov hücumun kimlər tərəfindən edilməsi ilə bağlı ehtimallarının olduğunu vurğulayıb:
“3-4 ay əvvəl internet TV-lərdən birinə olan hücum barədə verdiyimiz xəbərlə bağlı ola biləcəyini ehtimal edirik. Orada müəyyən şirkətin və müəyyən adamların adları çəkilir”.