Məğlubedilməz “Bayer”, yoxsa ac “Atalanta”?

Məğlubedilməz “Bayer”, yoxsa ac “Atalanta”?

Bu gün avrokuboklar mövsümünün ilk qalibi müəyyənləşəcək.

TEMPİNFO xəbər verir ki, Avropa Liqasında həlledici qarşılaşma keçiriləcək.

Qitənin ikinci dərəcəli klub turnirini qazanmaq uğrunda matçda İtaliya “Atalanta”sı ilə Almaniya “Bayer”i üz-üzə gələcək. Görüş İrlandiyanın paytaxtı Dublində təşkil olunacaq.

Cari mövsümdə məğlub olmayan Xavi Alonsonun komandası Bundesliqa çempionluğunun ardından növbəti titula yiyələnmək niyyətindədir. Yeganə titulu 61 il əvvəl qazanılan İtaliya kuboku olan Berqamo təmsilçisi Avropada ilk uğuru əldə etməyə çalışacaq.

Qeyd edək ki, Avropa Liqasının qalibi avqustun 24-də keçiriləcək UEFA Superkubokuna da vəsiqə qazanacaq.

Avropa Liqası
Final
22 may
23:00. “Atalanta” – “Bayer”
Baş hakim: 
İştvan Kovaç (Rumıniya)
Dublin. “Aviva” stadionu

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37