Məhkəmə uşaq bağçasında qətl törədən şəxslə bağlı qərar çıxardı

Məhkəmə uşaq bağçasında qətl törədən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə qətldə təqsirləndirilən Kamran Məmmədlinin barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Məmmədli 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhər sakini Kamran Məmmədli şəxsi münaqişə nəticəsində tanışı Rəsul Cavadzadə ilə mübahisə edib. Mübahisə Bakı şəhəri ərazisindəki uşaq bağçasının həyətində davaya çevrilib. Dava nəticəsində K.Məmmədli R.Cavadzadəni 4 bıçaq zərbəsi ilə qətlə yetirib.

K.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib. /pravda.az

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37