Məktəbdə yanğın siqnalı işə düşdü – Müəllim və şagirdlər təxliyə edildi

Məktəbdə yanğın siqnalı işə düşdü – Müəllim və şagirdlər təxliyə edildi

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 182 nömrəli məktəbdə bütün şagird və müəllim heyəti təxliyə edilib.

TEMPİNFO xəbər verir ki, Bu barədə məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəbdə təxminən saat 14:45-də dərs prosesi vaxtı fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşüb. Bütün məktəb təxliyə edilib. Məktəbə baxış keçirilən zaman yanğın və ya digər halın olmadığı müşahidə olunub.

Fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşdüyü üçün aidiyyəti qurumun əməkdaşları da məktəbə baxış keçiriblər.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37