“Məni cavanlıqda görsəydin, deyərdin kukladı bu…” – Efirdə BİABIRÇILIQ

“Məni cavanlıqda görsəydin, deyərdin kukladı bu…” – Efirdə BİABIRÇILIQ

Əli Mirəliyev qatıldığı növbəti verlişə damğa vurub.

TEMPİNFO xəbər verir ki, sənətçi “Space”in efirində qonaq olduğu verlişdə efirlərdə az-az görünən qadın müğənnilərdən biri ilə mübahisə edib.

Hər şey Ə.Mirəliyevin “Sən oxuyan deyilsən. İfa zamanı düzgün nəfəs ala bilmirsən” sözündən sonra başlayıb.

Qadın ifaçı isə cavabında Mirəliyevə “Sən də hara gedirsən ancaq “Dan ulduzu”ndə oxumuşam, oranın solisti olmuşam” deyirsən”, – fikirləri ilə reaksiya verib.

Qadın ifaçının sözləri Əli Mirəliyevi özündən çıxarıb: “Mənim kişiliyim, mənliyim var, daha nəyim yoxdur ki?! Mən də başqaları kimi saç əkdirmirəm, üz dartdırmıram, başıma xına qoydurmuram. Sən məni cavanlıqda görsəydin, deyərdin kukladı bu…”

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37