“Mənim üçün onun xatirəsi çox əzizdir”

“Mənim üçün onun xatirəsi çox əzizdir”

Xalq artisti Hacı İsmayılov mərhum həmkarı Nuriyyə Əhmədova haqqında danışmaq istəməməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

“Qafqazinfo”ya danışan sənətkar bildirib ki, deyilənlər həqiqətə uyğun deyil: “Bu xəbərləri kim yayır? Məni verilişə dəvət etməyiblər ki, gedib danışım. Nuriyyə Əhmədova mənimlə filmə çəkilib. Yaxşı aktrisa, gözəl insan idi. Mənim üçün onun xatirəsi çox əzizdir.

Kim üçün olsa belə, onun haqqında heç vaxt belə deyə bilmərəm. Niyə belə şeylər yayırlar axı? Heç düzgün deyil. Mənə zəng edib sual verdilər ki, niyə Nuriyyə xanımın dəfnində iştirak etməmişəm. Mən də bildirdim ki, həmin vaxt Zaqatalada çəkilişdə idim. Buna görə də iştirak edə bilməmişəm”.

Qeyd edək ki, buraxılışlarından biri N.Əhmədova haqda hazırlanan “O üz” verilişində bildirilib ki, Hacı İsmayılovun xatirələrini dinləmək istəsələr də, sənətkar mərhum aktrisa barədə danışmaq istəməyib.

TEMPİNFO
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37