Merihin “Boz qurd” sevinci hökumətə mesaj imiş

Merihin “Boz qurd” sevinci hökumətə mesaj imiş

Merih Demiral Avro-2024-ün Türkiyə-Avstriya matçında vurduğu qoldan sonra “Boz qurd” işarəsini göstərməklə sevincini ifadə etməsi diqqət çəkib.

TEMPİNFO xəbər verir ki, futbolçu bununla Avstriya hökumətinin 6 il əvvəl qəbul etdiyi qərara etiraz edib.

2019-cu ildə Avstriyada “ekstremizmə və siyasi İslama qarşı mübarizə” adı altında müxtəlif qrupların işarə və simvollarının, o cümlədən “Boz qurd” simvolunun istifadəsini qadağan edən qanun qəbul edilib.

Merih Avstriyanın belə qərarının onlar üçün heç bir əhəmiyyət daşımadığını nümayiş etdirib.

Xatırladaq ki, bu gecə AVRO-2024-ün 1/8 final mərhələsinə yekun vurulub. Qardaş Türkiyə yığması Avstriya ilə üz-üzə gəlib. Görüşün favoriti avstriyalılar olsalar da, “ay-ulduzlular” 2:1 hesabı ilə qalib gəliblər. Türkiyə millisinin hər iki qoluna müdafiəçi Merih Demiral imza atıb.

Avstriya – Türkiyə – 1:2
Qollar: Mixael Qreqoritş, 66 – Merih Demiral, 1; 59
Baş hakim: Artur Diaş (Portuqaliya)

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37