Meriya 3 məşhur məscidə 10 minlik yuyucu vasitələr alır

Meriya 3 məşhur məscidə 10 minlik yuyucu vasitələr alır

Bakının 3 müxtəlif rayonunda yerləşən məşhur məscidinə yuyucu-təmizləyici və sairə təsərrüfat malları alınır.

TEMPİNFO xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı departamentinin İnzibati binaların istismarı idarəsi sözügedən malların alınması ilə bağlı “Azchemistry-Service” MMC ilə müqavilə bağlayıb.

Razılaşmaya əsasən, şirkətə bununla bağlı 10 min 268 manat ödəniş ediləcək.

Söhbət Suraxanı rayonundakı “Xanım Fatimeyi Zəhra”, Səbail rayonunundakı “Şəhidlər” və Nərimanov rayonunundakı “Cümə” (keçmiş “Əbu Bəkir”) məscidlərindən gedir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37