Mərkəzi yollarda aparılan təmir işləri nə vaxt yekunlaşacaq?

Mərkəzi yollarda aparılan təmir işləri nə vaxt yekunlaşacaq?

Üç gündür tətillə əlaqədar bağlanan bir neçə küçə və prospektdə işlər aparılır. Xezerxeber.az-ın məlumatına görə, paytaxtın ən işlək küçələrindən olan Mehdi Hüseyn küçəsindəki yol ayın 15-dən nəqliyyatın hərəkətinə bağlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları tərəfindən köhnə asfalt qatı qaşınaraq kənara daşınıb.

Təmir işləri Parlament prospektində də aparılır. Burada da təmirlə əlaqədar əvvəlcə su xətləri yenilənir.

Cəfərov qardaşları küçəsinin Mixail Lermontov küçəsinədək olan hissəsində də təmir işləri aparılır.

Təmir müddətində sözügedən yollarda işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndirilib.

Qurumdan verilən açıqlamada dəqiq tarix barədə məlumat verilməsə də, yaxın günlərdə – təxminən 3-7 gün civarında yollardakı işlərin yekunlaşacağı bildirilib.

Qeyd edək ki, Bakının müxtəlif ərazilərində aparılan təmir işləri paytaxt sakinləri tərəfindən birmənalı qarşılanmır. Belə ki, əhalinin tətil üçün rayonlara və ya xarici ölkələrə üz tutduğu dövrdə bir çox insanlar şəhərin sıxlıq, o cümlədən tıxacdan qurtulacağını düşünürdü. Lakin günlədir ki, yollarda təmir işlərinin başlanması, bu gözləntini puç etdi.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37