Məscidlərdə bayram namazı qılınıb

Məscidlərdə bayram namazı qılınıb

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınıb.

TEMPİNFO xəbər verir ki, Təzəpir məscidində bayram namazı saat 09:00-da başlanıb.

Namaz hacı Şamil Rəsulovun rəhbərliyi ilə qılınıb.

Namazda Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.

Qeyd edək ki, Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 16-na təsadüf edir.

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37