Metronun “28 May” stansiyasının qarşısında nə baş verir? – FOTOLAR

Metronun “28 May” stansiyasının qarşısında nə baş verir? – FOTOLAR

Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısında sıxlıq yaşanıb.

TEMPİNFO xəbər verir ki, ətraf ərazidə gedən təmir-bərpa işlərinə görə, bu yoldan istifadə edən vətəndaşlar günün müxtəlif saatlarında sıxlıqla qarşılaşırlar.

Şikayətçilər bildirirlər ki, 1-2 dəqiqəlik yolu ən tez 15 dəqiqəyə gedirlər. Bu, xüsusilə qatarlara vaxtında minə bilməmələrinə səbəb olur. Onlar metroya daxil olmaqda və nəqliyyat vasitələrinə minməkdə çətinlik çəkirlər. /oxu.az

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37