Milli Məclis binasının dibçəkdəki güllərinə 24 min xərcləyib

Milli Məclis binasının dibçəkdəki güllərinə 24 min xərcləyib

Milli Məclis cari ildə parlamentin binalarındakı dibçəklərdə olan dekorativ ağaclara və güllərə qulluğa görə şirkətlə müqavilə bağlayıb.

TEMPİNFO-nun məlumatına görə, aqrotexniki xidmətin göstərilməsi üçün “Camellia Service” MMC-yə 24 min 3 manat 56 qəpik ödəniş edilib.

Məlumata görə, sözügedən şirkət Milli Məclisə ən ucuz qiymət təklifi verdiyi üçün işlər həmin müəssisənin öhdəsinə buraxılıb.

Qeyd edək ki, “Camellia Service” MMC 2021-ci ilin aprel ayından dövlət qeydiyyatından keçib, qanuni təmsilçisi isə Gündüz Rəşidli Çingiz oğludur.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37