Millimiz erməniləri darmadağın edib

Millimiz erməniləri darmadağın edib

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayıb.

TEMPİNFO xəbər verir ki, C divizionunda mübarizə aparan yığmamız A qrupunda I turun matçına çıxıb.

Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri Ermənistanla qarşılaşıb. İlk dəqiqələrdən üstünlüyü ələ alan millimiz rəqibini darmadağın edib.

Çempionata qələbə ilə başlayan yığmamız ikinci oyununa sabah çıxacaq. Komandamız Gürcüstanı sınağa çəkəcək.

Qeyd edək ki, ilk turun bu gün keçiriləcək digər qarşılaşmasında Gürcüstanla Kipr qarşılaşacaq.

U-16-lar (qızlar) arasında Avropa çempionatı

C divizionu, A qrupu
I tur, 9 iyul
15:00. Ermənistan – Azərbaycan – 59:86 (13:20, 14:19, 19:21, 13:26)

Cəbəllütariq. “Tersentenari” İdman Zalı

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37