Millimiz qələbə ilə başladı

Millimiz qələbə ilə başladı

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.

TEMPİNFO xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi, F qrupunda yer alan yığma Belçika seçməsi ilə qarşılaşıb.

Görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Vüsal İsayev (2) və Samir Həmzəyev vurublar.

Azərbaycan millisi qrup mərhələsində növbəti oyunlarını iyunun 3-də İtaliyaya, bir gün sonra isə Fransaya qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəlki Avropa çempionatının qalibi məhz Azərbaycan millisi olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37