Minaya düşən azərbaycanlı gənc magistraturaya qəbul oldu

Minaya düşən azərbaycanlı gənc magistraturaya qəbul oldu

Bir müddət öncə Tərtərdə minaya düşərək ayağının birini itirən BDU-nu 2022-ci ildə fərqlənmə ilə bitirmiş məzunu Həsənəli Əlizadə təhsilinin magistr pilləsi üzrə Xəzər Universitetinə qəbul olub.

TEMPİNFO xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsi məlumat yayıb.

Qeyd olunub ki, o, daha əvvəl Varşava Dövlət Universitetinə tam təqaüdlə qəbul olsa da, təhsilini davam etdirə bilməmişdi.

Ancaq onun həyat eşqi o qədər çoxdur ki, magistraturaya təkrar hazırlaşdı və dünən məlumat aldıq ki, Həsənəli 65 bal toplayaraq Xəzər Universitetinə qəbul olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37