Mobil operator stansiyalarının sağlamlığa təsiri var? – AÇIQLAMA

Mobil operator stansiyalarının sağlamlığa təsiri var? – AÇIQLAMA

Azərbaycanda dövlət qurumu olaraq ilk dəfə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) elektromaqnit sahəsinin (EMS) insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıb və bunu açıq formada dərc edib.

TEMPİNFO xəbər verir ki, İKT üzrə ekspert Osman Gündüzün sözlərinə görə, EMS bütün radioelektron vasitələri (baza stansiyaları, müxtəlif antenlər, ötürücülər və s.) tərəfindən ətraf mühitə yayılan elektromaqnit dalğalarının yaratdığı enerji şüalanmalarıdır:

“Azərbaycanda bu sahə ilə bağlı ciddi problemlər də var. İKTA Azərbaycandakı standatları, müqayisələri qeyd etsə də, real vəziyyətə elə də yer ayırmayıb. Görünür ki, əllərində yetərli data olmayıb. Gigiyena və Sanitar Epidemioloji Qurumun da mövcud Qaydalara uyğun olaraq radioelektron vasitələrə rəy verməsi prosesində şəffaflıq və hesabatlılıq yetərli hesab oluna bilməz.

Araşdırmada Azərbaycanda bu sahəyə nəzarətdə daha sərt yanaşma olduğu bildirilir. Şübhə etmirəm. Lakin reallıq odur ki, beynəlxalqdan fərqli olaraq bizdə hətta uşaq bağçasının, bərbərxananın, restoranların və şadlıq evlərinin, adi mağazaların da binalarının üstündə baza stansiyaları, ötürücülər tapmaq olar.

Elə ailələr tanıyıram ki, aylıq hansısa bir cüzi dolanışıq üçün həyətində nəhəng bir baza stansiyası quraşdırmağa icazə verib. Ən yaxın ətrafda da yaşayış var.

Görəsən Səhiyyə Nazirliyi, Sanitar qurum həmin həyətlərin, həmin binaların ətrafında yaşayanlarda elektromaqnit şüalanmasının təsirini ölçübmü?”

O. Gündüz düşünür ki, gələcəkdə İKTA-nın bu sahədə tənzimləmə məsələrinə öz səlahiyyətləri çərçivəsində nəzarət etməsi də faydalı olardı.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37