Mobil operatorlar “yatmasınlar”, yolverilməzdir, tez bir zamanda həll etməlidirlər – Osman Gündüz

Mobil operatorlar “yatmasınlar”, yolverilməzdir, tez bir zamanda həll etməlidirlər – Osman Gündüz

“Gərək mobil operatorlar “yatmasınlar”, aidiyyatı qurumlarla radio monitorinqlər aparsınlar, baza stansiyalarının güclərini artırsınlar. Öz ərazimizdə olduğumuz zaman xarici ölkənin mobil operatoruna rouminq bağlantısı mesajının daxil olması arzuolunan deyil, yolverilməzdir”.

TEMPİNFO xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. O, “Azercell”in Yardımlı rayonunda olan deputat Sabir Rüstəmxanlıya “İrana xoş gəlmisiniz” mesajını göndərməsi ilə bağlı məsələyə fikir bildirib.

“Azercell”in İranla rominq razılaşması var. Bu o deməkdir ki, müştərisi “Azercell”in baza stansiyasının təsir dairəsindən uzaqlaşdıqda ona həmin əraziyə yaxın olan, “Azercell”lə rominq müqaviləsi olan digər operator xidmət göstərməlidir.

Yardımlıda, həmin ərazidə isə bu operator “Nar”, yaxud “Bakcell” deyil, həmin əraziyə yaxın olan “İrancell”dir. Düşünürəm ki, belə olmamalıdır”, – Osman Gündüz bildirib.

Onun sözlərinə görə, beynəlxalq normativlər var, sərhəd zonalarında yerləşən radiovasitələrin gücləri ölkələr tərəfindən beynəlxalq normalarla tənzimlənir: “Lakin təəssüf ki, biz hələlik İranla bu cür tənzimləmələri, məhz onların beynəlxalq normalara sayğısızlığı səbəbindən başa çatdıra bilməmişik. Güman ki, onlar məqsədyönlü olaraq, sərhəddə yerləşən baza stansiyaların istiqamətini, gücünü də beynəlxalq normalara zidd olaraq tənzimləyiblər. Belə olan halda isə bizim operatorlarımızın üzərinə daha böyük məsuliyyət düşür. Onlar daim bunu nəzarətdə saxlamalıdırlar”.

Ekspert təəssüflə vurğulayıb ki, Azərbaycanın mobil operatorları indiyədək ortaq bir baza stansiyaları şəbəkəsi qura bilməyiblər.

“Xatırlayıram ki, 2-ci Qarabağ savaşından məğlub çıxan Ermənistan, o zaman Şuşa ətrafındakı baza stansiyalarını gücləndirərək Şuşaya gələn xarici qonaqlara da bu tip mesajlar göndərmişdilər. O zaman bizim aidiyyəti qurumlar bu məsələni zamanında həll etmişdilər.

İndi təsəvvür edin ki, ölkəımizə gələn COP29 qonağı, yaxud turist cənub bölgəsinə daxil olur. Onun telefonuna xidmət edən xarici mobil opetaror həmin ərazidə olan, hətta rominq müaviləsi olan “Azercell”in baza stansiyasının siqnalını deyil, “İrancell”in siqnalını qəbul edəcək. Və ona da “İrana xoş gəlmisiz” mesajı daxil olacaq. Bütün bunlar isə yolverilməzdir. Əgər bizilm operatorların baza stansiyaları bütün ərazilərimizdə daha tez əlçatan olsa, daha güclü olsa belə, bir arzuolunmaz mesajlar da telefonlarımıza gəlməz. Bu, birmənalıdır”.0

Osman Gündüz vurğulayıb ki, mobil operatorlar və aidiyyəti dövlət qurumları İranla radio müdaxilə məsələlərini beynəlxalq normalara uyğun bitirməli, bu problemin həllinə resurslar ayırmalı və tez bir zamanda bunu həll etməlidirlər.

TEMPİNFO

Həmçinin oxu:

“Azercell” Yardımlıda olan deputata “İrana xoş gəmisiniz” mesajı göndərdi – ŞİKAYƏTLƏR

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37