Morata “Milan”da

Morata “Milan”da

İtaliyanın “Milan” klubu İspaniya “Atletiko”sunun hücumçusu Alvaro Moratanı transfer edib.

TEMPİNFO xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi açıqlama yayıb.

İspaniya millisinin kapitanı “rossonerilər”lə “4+1” illik müqavilə imzalayıb. Alvaro “Milan”da 7 nömrəli forma geyinəcək.

Qeyd edək ki, 31 yaşlı forvard əvvəllər “Real”, “Yuventus”, “Çelsi” və “Atletiko”da çıxış edib. O, İspaniya millisində 80 oyun keçirib və 36 qol vurub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37