Moskva görüşü başladı – Bayramov da iştirak edir – VİDEO

Moskva görüşü başladı – Bayramov da iştirak edir – VİDEO

Oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb.

TEMPİNFO xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.

İclasda xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın 2024-cü ildə sədrliyi çərçivəsində birgə fəaliyyətin yekunlarını, MDB-də əməkdaşlığın inkişaf perspektivlərini, o cümlədən iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ənənəvi və yeni çağırışlara, təhdidlərə qarşı mübarizə, mədəni və humanitar əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Eyni zamanda, 2025-ci il üçün nazirliklər arasında çoxsəviyyəli məsləhətləşmələr planının təsdiqlənəcəyi, həmçinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının tarixinin və yerinin razılaşdırılacağı gözlənilir. İclasda təsdiq ediləcək sənədlərin əksəriyyətinin baxılması üçün MDB Dövlət Başçıları Şurasına və Hökumət Başçıları Şurasına təqdim olunacağı planlaşdırılır.

İclas çərçivəsində əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüşlərin keçiriləcəyi gözlənilir.

TEMPİNFO
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37