Mourinyo Arda Gülərin “Fənərbaxça”ya qayıdışını istəyir

Mourinyo Arda Gülərin “Fənərbaxça”ya qayıdışını istəyir

Joze Mourinyo “Real Madrid”in futbolçusu Arda Gülərin “Fənərbaxça”ya transferini istəyir.

TEMPİNFO xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.

Portuqaliyalı mütəxəssis türk ulduzun transferini rəhbərlikdən tələb edib. O, mövsümün ikinci yarısında yarımmüdafiəçini icarə əsasında komandasında görmək istəyir.

Nəşr yazır ki, İstanbul klubunun idman direktoru Mario Branko artıq 19 yaşlı futbolçu ilə bağlı Madrid təmsilçisi ilə danışıqlara başlayıb.

“Fənərbaxça” “kral klubu”nun Güləri daimi olaraq satmaq niyyətində olmadığını bildiyi üçün, onu bu yanvar “transfer pəncərəsi”ndə icarəyə götürmək üçün çalışacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37