Mourinyo “Barselona”nın futbolçusunu “Fənərbağça”ya gətirir?

Mourinyo “Barselona”nın futbolçusunu “Fənərbağça”ya gətirir?

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Barselona”nın 33 yaşlı yarımmüdafiəçisi, türkəsilli alman futbolçu İlkay Gündoğanın transferi ilə maraqlanır.

TEMPİNFO xəbər verir ki, “Fənərbağça” oyunçunu onlara qoşulmağa razı salmağı planlaşdırır.

 

Qeyd edək ki, Gündoğan Kataloniya klubuna 2023-cü ilin yayında keçib. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 51 matçda iştirak edib, 5 qol vurub, 14 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37