Mourinyo “Fənərbağça”da – Video

Mourinyo “Fənərbağça”da – Video

Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi olacaq.

TEMPİNFO  xəbər verir ki, bu barədə bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Joze Mourinyonun “Fənərbağça” ilə 2 illik müqavilə bağlayacağı bildirilib.

Məlumata görə, İstanbul klubu portuqaliyalı mütəxəssislə anlaşdıqlarını bu gün rəsmən açıqlayacaq.

Qeyd edək ki, 61 yaşlı portuqaliyalı məşqçi bu ilin yanvarında İtaliyanın “Roma” klubundan istefaya göndərilib.

Onu da qeyd edək ki, “Fənərbağça” klubunda prezidentliyə namizəd Aziz Yıldırım bir müddət əvvəl seçiləcəyi təqdirdə Mourinyonu komandanın başına gətirəcəyini bildirmişdi.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37